Ermənilər Rusiyanı da bezdirdi

03 Noyabr, 2018 10:12 | Siyasət | Baxış sayı: 208
Miqrantlar
Miqrantlar

Bu ölkədəki erməni miqrantlara nəzarət dəfələrlə gücləndirilib

Ermənilər artıq Rusiyanı bezdiriblər. Baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın az qala hər addımbaşı Moskva ilə İrəvan arasında əlaqələrinin heç vaxt olmadığı qədər mükəmməl olduğunu qışqırdığı bir vaxtda Rusiyaya qazanc qalınca gedən ermənilər bununla razı deyillər. “İravunq” qəzetinin yazdığına görə, miqrantlar “isti münasibətləri” öz üzərlərində hiss edirlər. Onlara nəzarət dörd dəfəyə yaxın gücləndirilib.

Onların sonradna bu ölkəyə qayıtmalarında da problemlər yaradılır. Bir qrup isə buna görə hətta işini də itirib. Öz vətənlərində məşğul olmağa heç bir iş tapmadıqları üçün Rusiyaya üz tutan qrupu polis yaxalayıb. Polis də daima erməniləri deportasiya etmək üçün səbəblər axtarır.

"Rusiyaya giriş qadağası isə beş ildir. Erməni və onun ailəsi tamamilə ölkəyə giriş hüququndan məhrum olur. Yəni onlar bu illər ərzində heç bir vəsait qazana bilmirlər", deyə qəzet yazır. 

Xatırladaq ki, Rusiya və Ermənistan arasındakı münasibətlər inqilabçı Paşinyanın hakimiyyətə gəldikdən sonra soyuyub.