Putin Ərdoğan üçün 5 rayonun əvəzinə çox ağır tələb hazırlayıb

03 Noyabr, 2017 19:10 | Siyasət | Baxış sayı: 7090
Valdimir Putin - Rusiya prezidenti
Valdimir Putin - Rusiya prezidenti

Azərbaycanı həddindən ağır şərtlər gözləyir

Vladimir Putin Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı Azərbaycanın Avrasiya İttifaqına və KTMT-yə daxil olmasını tələb edəcək.

İstiPressin məlumatına görə, bu barədə politoloq Elxan Şahinoğlu öz “Facebook” səhiəsində bildirir.

O qeyd edib:  “İnandığım etibarlı qaynaqdan əldə etdiyim məlumata görə, Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla görüşü ərəfəsində Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qeyd-şərtsiz azad olunması ilə bağlı Azərbaycan qarşısında 3 şərti var. Birinci şərt: Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmalıdır. İkinci şərt: Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır. Üçüncü şərt: Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilməlidir”.

Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə həlli
Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə həlli

Politoloq bildirib ki,  bunlar çox ağır şərtlərdir: “Birinci şərti müəyyən istisnalarla yerinə yetirmək mümkündür, o biri iki şərt Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir. Başqa məlumatlar da var”.

Çingiz Rüstəmov / İstiPress

Ərdoğan və Putin
Ərdoğan və Putin