Müsavat etiraz aksiyası keçirib

03 Noyabr, 2017 18:22 | Siyasət | Baxış sayı: 283
Masavatın etitraz aksiyası
Masavatın etitraz aksiyası

Partiya liderinin müavinləri tutulub

Noyabrın 3-də Müsavat Partiyasının bir qrup fəalı Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında piket keçirib.

İstiPress "Amerikanın səsi" radiosuna istinadən bildirir ki, piketə şəhər hakimiyyətinin Müsavat üzvlərinin 21 oktyabr yürüşünü keçirməsinə icazə verməməsi səbəb olub.

Müsavat Partiyasının etiraz aksiyasından
Müsavat Partiyasının etiraz aksiyasından

Fəallar "İçəri şəhər" metro stansiyasından çıxaraq meriyanın binasına doğru irəliləyib və piketin qətnaməsini oxuyublar. Ancaq polis əməkdaşları Müsavat Partiyası sədrinin müavininin qətnaməni meriyaya təqdim etməsinə mane olub.

Sonra polislər aksiya iştirakçılarını sıxışdırmağa başlayıb. Buna cavab olaraq piketçilər "Azadlıq!" şüarı səsləndirib. Bundan sonra polis iştirakçıları saxlayıb.

10-na yaxın etirazçı saxlanılıb. Onların arasında Müsavat Partiyası başqanınıniki müavini - Səxavət Soltanlı və Tofiq Yaqublu, həmçinin sədrin müşaviri Mustafa Hacıbəyli də var.