Azərbaycanın vəhşi diviziyası

03 Noyabr, 2017 16:40 | Siyasət | Baxış sayı: 1696
Azərbaycan ordusunun xüsusi təyinatlıları
Azərbaycan ordusunun xüsusi təyinatlıları

Milli Ordunun əsasını təşkil edən ölümsüzlər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) hazırladığı "Vəhşi Diviziya" filminin I hissəsini təqdim edib.

İstiPress-in məlumatına görə, film MEK-in “Youtube” səhifəsinə yerləşdirilib.

Daha çox “Vəhşi diviziya” adı ilə məşhur olan Qafqaz yerli Süvari diviziyası Qafqaz da yaşayan könüllü müsəlmanlarından ibarət olub. Diviziya birinci dünya müharibəsində xüsusi qəhramanlığı ilə seçilib. Filmin I hissəsində bu barədə danışılır.

Mərkəzi Elmi Kitabxana hazırda "Vəhşi diviziya II" üzərində işləyir. II hissədə Qafqaz yerli Süvari diviziyasının Yelizavetpol və Bakı quberniyalarının, həmçinin Borçalı mahalının Azərbaycan türklərindən formalaşan "Tatar süvari alayı"ndan bəhs ediləcək.

1918-ci ilin may ayında Gəncə şəhərini nəzarətə götürən "Tatar süvari alayı" Azərbaycan Milli Ordusunun əsasını təşkil etdi. Milli Ordunun xüsusi təyinatlılarını  "Vəhşi Diviziya"nın birbaşa varisi saymaq olar. 

MEK-in hazırladığı "Vəhşi Diviziya" filmi I hissə