"Rusiya bizim üçün dost və mehriban qonşudur"

03 Oktyabr, 2019 16:33 | Siyasət | Baxış sayı: 99
Azərbaycan və Rusiya prezidentləri
Azərbaycan və Rusiya prezidentləri

İlham Əliyev Putinlə görüşdə nədən danışdı?

"Rusiya ilə Azərbaycan arasındakı münasibətlər uğurla inkişaf edir". Bunu Soçidə Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı Rusiya dövlət başçısı Vladimir Putin deyib. O, qeyd edib ki, görüş "Valday klubu" toplantısı çərcivəsində keçirilir. Rus lider azərbaycanlı həmkarı ilə görüşdən məmnun olduğunu qeyd edib və bildirib ki, uzun müddətdir şəxsi  görüşlərdə fasilə olsa da, ölkələr arasında münasibətlər uğurla inşikaf edib. 

"Ticari-iqtisadi əlaqələr güclənir, ticarət dövriyyəsi ötən il 2,5 milyard  dollar olub". Putin qeyd edib ki, bu sahədə yaxşı perespektivlər mövcuddur və Rusiya da öz tərəfindən iri layihələrin reallaşaması üçün ondan asılı olanları edir. "Başqa istiqamətlərdə də münasibətlərimizin inkişafına dair fikir mübadiləsi aparmağa ehtiyac var. Ümid edirəm ki, bu gün buna nail olacağıq".

İ.Əliyev də rusiyalı həmkarına dəvət üçün təşəkkür edib. "Sizin də qeyd etdiyiniz kimi bir müddət var ki, görüşmürdük. Dəqiq desək dörd ay.  Bizim əlaqələrimizin intensivliyini nəzərə alsaq bu kifayət qədər uzun zamandır. Ötən il bizim dörd görüşümüz olub və onlar strateji əməkdaşlıq kimi dəyərləndirdiyimiz münasibətlərimizin inkişafı üçün yaxşı impuls rolunu oynayıblar". 

Azərbaycan lideri qeyd edib ki, Rusiya bizim üçün önəmli tərəfdaş, dost, mehriban qonşudur. "Biz bu münasibətləri çox qiymətləndiririk. Əminəm ki, bugünkü diskussiya əlaqələrimizin gələcək inkişafına yaxşı töhfə olacaq".