Quba İsrailin bu şəhəri ilə qardaşlaşdı

03 Oktyabr, 2019 17:00 | Siyasət | Baxış sayı: 218
Quba səfəri
Quba səfəri

Qubadakı erməni vəhşiliyinin izləri israilli rəsmiləri dəhşətə gətirdi

Azərbaycanda rəsmi səfərdə olan İsrailin bir sıra şəhərlərinin rəhbərləri və diaspor nümayəndələrindən ibarət nümayəndə heyəti Qubaya gedib. İstiPress-in Şimal bürosunun verdiyi məlumata görə, yəhudilərin Roşa-Ha-Şana bayramına təsadüf edən səfər rayon İH-də nümayəndə heyətinin başçı Ziyəddin Əliyev tərəfindən qəbul edilməsilə başlayıb. Görüşdə Qubanın rəhbəri yəhudi rəsmilərə rayon haqda geniş məlumat verib. Bildirilib ki, Qubada 20-dən artıq milli azlıq və millətin nümayəndələri qardaşlıq şəraitində yaşayır. Qırmızı Qəsəbədə dağ yəhudilərinin də bu rayonda heç bir fərq qoyulmadan yaşadığı da xüsusi olaraq diqqətə çatdırılıb. 

Daha sonra Ziyəddin Əliyev və İsrailin Maalot-Tarşiha şəhərinin meri Arakadiy Pomeranets iki şəhərin qardaşlaşması barədə saziş imzalayıblar.

Bundna sonra qonaqlar Soyqırım Abidəsinə baş çəkiblər. Kütləvi məzarlıq barədə geniş açıqlama verən Quba İH başçısının müavini Səidə Abasova burada öldürülən günahsız sakinlər arasında azərbaycanlılarla yanaşı digər etnik qrupların nümayəndələri, o cümlədən yəhudilərin olduğunu deyib.

Soyqırım faktı İsrail nümayəndə heyətini də dəhşətə gətirib. Daha sonra qonaqlar Qırmızı Qəsəbədə olublar.