Konsulluqdan yoxa çıxan Qaçıqçının son mesajı FOTO

03 Oktyabr, 2019 12:35 | Siyasət | Baxış sayı: 83
Camal Qaşıqçı
Camal Qaşıqçı

Mesajı onun suriyalı həmkarı yayıb

Ölümündən bir il keçən səudiyyə ərəbistanlı jurnalist Camal Qaşıqçının son mesajı üzə çıxıb. Ötən il İstanbuldakı Səudiyyə konsulluğuna girən və bir daha oradan sağ çıxa bilməyən jurnalistin həmkarı Hassan Hassan Vaşinqtonda bu barədə açıqlama verib.

Suriya əsilli jurnalist onlara qarşı olan təzyiqlərdən sosial media hesabında danışıb. Onun sözlərinə görə, "Foreign Policy"də "Qətər Səudiyyə blokadasını yardı" başlıqlı yazısından sonra 7 il çalışdığı "The National"da əməkdaşlığına son qoyulub. Redaktorlar bunun "yuxarıdan" gələn təlimat olduğunu deyiblər. O yazısında konsulluqda qətlə yetirilən, lakin bu günə kimi meyitinin harada olduğu bilinməyən Qaşıqçının son mesajını da yayıb. 

"Bəlkə də öz media orqanımızı qurmağın zamanı gəlib. Ancaq Qətər və BƏƏ pulu olmadan. Bunu müstəqil necə edə bilərik?". 

Hassan bu mesajı yayaraq bu gün təzyiqə boyun əyən yazar və şərhçinin olduğunu qeyd edib.