Ermənilərin öldürdüyü medallı ekskovatorçu dəfn edildi FOTO, YENİLƏNİB

03 Oktyabr, 2019 14:09 | Siyasət | Baxış sayı: 403
Səfərəli Abışov
Səfərəli Abışov

Gene­ral-polkovnik Elçin Quliyev yazda Səfərəli Abışova medal vermişdi

Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskovatorun Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində həlak olan ekskovatorun sürücüsü, mülki şəxs Abışov Səfərəli Ələkbər oğlu dəfn edilib. O, doğulduğu  Masallı rayonunda, Əmirtürbə kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində rayon rəhbərliyi, Dövlət Sərhəd Xidməti rəisinin müavini - Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov, ictimaiyyət nümayəndələri iştirak edib.

Saat 12:45

Ötən gün ermənilərin qətlə yetirdiyi mülki şəxs bir neçə ay öncə “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edilmişdi. İstiPress-in məlumatına görə, ekskovatorun sürücüsü, mülki şəxs Abı­şov Səfərəli Ələkbər oğlu aprel ayında bögəyə səfər edən Dövlət Sərhəd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyevlə görüşüb.

General sərhəd döyüş məntəqələrində tikinti-inşaat işlərinin görülməsin­də fərqlən­diklərinə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən “Hərbi əmək­daşlıq sahəsində xidmətlərə görə” me­dalı ilə təltif edilmiş yerli sakinlərlə də bir araya gəlmişdi. Anar Dünyamalıyevə, Səfərəli Abışova, Hü­seyn Şahverdi­yevə və Zaur Yusifova medallar təqdim olunmuş, bilavasitə təmas xəttində sərhədçilərlə birgə dövlət sərhədinin mühafizəsi üçün çalışdıq­larına görə minnətdarlıq bildirilib, çay süfrəsi arxasında söhbət aparıl­mışdı. 

Xatırladaq ki, ötən gün erməni təxribatı nəticəsində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yolla­rı­nın salınması ilə məş­ğul olan ekska­vato­rumuz düşmən tərə­findən atə­şə tutul­ub. Nə­­ti­cə­də ekskovatorun sürücüsü, mülki şəxs Abı­şov Səfərəli Ələkbər oğlu güllə yarası alıb.

Hadisə yerində dərhal mümkün tibbi yar­dım gös­tə­ril­mək­­lə yaralının təcili təxliyyəsi təmin olunub, lakin görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.