Ərəb qadınların orduya yolu açıldı

03 Oktyabr, 2019 17:22 | Siyasət | Baxış sayı: 85
Ərəb qadınlar
Ərəb qadınlar

Səudiyyə Ərəbistanı qadınlara daha bir sahədə xidmətə icazə verdi

Səudiyyə Ərəbistanı qadınlar üçün ordunun da yolunu açdı. Artıq bu ölkədə zərif cinsin nümayəndələri də Silahlı Qüvvələrdə xidmət edə biləcəklər. 

“Asharq al-Awsat” qəzetinin məlumatına görə, bundan sonra səudiyyəli qadınlar bütün qoşun növlərində sıravilikdən çavuş rütbəsinədək qulluq edə biləcəklər.

Bu yaxınlara qədər Səudiyyə Ərəbistanı qadınlara münasibətdə ən mühafizəkar ölkələrdən biri hesab olunurdu. Kral Salman bin Əbdüləziz Al Səud hakimiyyətə gəldikdən sonra vəziyyət köklü surətdə dəyişməyə başlayıb. İlk olaraq onlara illərdir almaq üçün mübarizə apardıqları sürücülük hüququ verilib. Daha sonra qadınların idman yarışlarını stadionlardan izləməsi, təkbaşına səyahət etməsinə icazə verilib.

Kompleksi iqtisadi və sosial islahatlar barədə qəbul olunan plan - “Baxış-2030” xüsusən qadınların vəziyyətinə ciddi təsir edir, onların cəmiyyətin bərabərhüquqlu üzvünə çevrilməsinə şərait yaradır.