Tramp dünyanı şoka saldı - "Kral, mənə bax..."

03 Oktyabr, 2018 14:28 | Siyasət | Baxış sayı: 323
Tramp və kral
Tramp və kral

ABŞ prezidenti Səudiyyə kralına xəbərdarlığından danışdı

ABŞ prezidenti Donald Tramp daha bir qalmaqallı bəyantı ilə gündəmə gəlib. Bu dəfə onun hədəfində Səudiyyə Ərəbistanının kralı olub.

Prezidenti kral Salman bin Abdülazizi ABŞ ordusunun dəstəyi olmasa iki həftə ərzində iqtidarını itirə biləcəyi, bunun əvəzini ödəməli olması barədə xəbardarlıq etdiyini bildirib. 

"Kral Salmanı çox istəyirəm. Amma ona dedim ki, bax kral, biz səni qoruyuruq. Biz olmasaq iki həftəyə burada olmarsan. Öz ordunun bədəlini ödəməyə məcbursan".

Tramapın Səudiyyə kralı ilə nə zaman danışdığına dair açıqlama isə verilməyib. İki lider ən son şənbə günü telefonla danışmışdı.