Paşinyan yenidən aldadır

03 Oktyabr, 2018 18:26 | Siyasət | Baxış sayı: 130

Ermənistanda yeni qarşıdurma başlayıb

Yalan danışmaq, aldatmaq – bu erməni siyasəti üçün olduqca xarakterik xüsusiyyətdir. Baş nazir Paşinyan yenidən aldadır. Deputatlarala hansısa razılaşmadan bəhs edir”, - bunu “Jamanak” a müsahibəsində deputat Eduard Şarmazanov deyib.

“Bir razılaşma əldə edilib - danışıqları davam etdirmək. Ötən gün baş verənlər hədə-qorxu, güc, təzyiq yolu ilə parlamentə təsir etmək idi. Bu bütün demoktarik normalara və hakimiyyətin bölünməsi prinsipinə ziddir”.

Onun sözlərinə görə, baş verənlər Ermənistan konsitutsiyasının pozulmasıdır və onlar Paşinyanın tələb etdiyi hər şeyi etməyə məcbur deyillər, parlamentin öz hüququları var.

Bununla yanaşı, Paşinyan isə özünü əsl küçə baş naziri kimi aparmağa davam edir. Birbaşa meydanda o, 6 nazirin – fövqəladə hallar, iqtisadiyyat, energetika, idman və gənclər, eləcə də nəqliyyat və kənd təsərrüfatı nazirlərinin işdən çıxarılması barədə qərarı elan edib. Nazir həm də bəzi qubernatorların da postlarını itirdiyini deyib.

Görünür, Paşinyan ən yaxın zamanda yeni bir mitinq toplamalı olacaq. Bu dəfə boş qalan yerlərə kimi seçmək lazım olduğunu elan etsin. Artıq yeni məmurları rəsmi şəkildə yox, küçə mitinqlərində işdən çıxamaq və təyin etmək onda vərrdiş halına gəlib.