Prezident xanımı ilə təndir çörəyi yedi, 1200 illik məscidə getdi FOTOLAR

03 Oktyabr, 2017 09:21 | Siyasət | Baxış sayı: 241
Prezident və xanımı Dəmirçi kəndində təndiq çörəyi dadıb
Prezident və xanımı Dəmirçi kəndində təndiq çörəyi dadıb

İlham Əliyevin Dəmirçi səfəri

Ötən gün Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunun Dəmirçi kəndində olublar. Dövlət başçısının kəndə səfəri maraqlı anlarla yadda qalıb. 

Prezident və birinci xanım Yaxın Şərqin ən qədim məscidlərindən olan Şamaxı Cümə Məscidində olub.  Ölkəmizin ən qədim dini ocaqlarından olan Dəmirçi məscidi 755-ci ildə tikilib və prezident İlham Əliyevin göstərişi ilə bərpa edilib. Məsciddə onlara Quran hədiyyə edilib. 

Daha sonra İlham Əliyev və Mehriban Əliyeva isti təndir çörəyinə qonaq olub, Dəmirçi kəndində çay içməyə dəvət ediliblər. 

Birinci xanım təndirçi xanımları diqqətdən kənar qoymayıb. Onlarla şəkil çəkdirib. İstiPress dövlət başçısının kəndə səfəri zamanı çəkilən fotoları təqdim edir: 

İlham Əliyev və xanımı
İlham Əliyev və xanımı

Xatırladaq ki, Dəmirçi Şamaxının ən qədim kəndlərindən biridir və onun tarixi XV əsrə gedib çıxır. Qədimdə adı Güneyçay olan kənddə dəmirçilik sənəti geniş yayıldığından sonralar buraya Dəmirçi adı verilib. Bir vaxtlar qədim İpək yolunun kənarında yerləşən kənddə bir neçə karvansara da olub. Lakin karvansara da daxil olmaqla Dəmirçidəki qədim tikililərin çoxu sovet hakimiyyəti illərində dağıdılıb. Maraqlı adət-ənənələri, özünəməxsus mədəniyyəti olan yerli əhali elmə, təhsilə böyük maraq göstərir. Odur ki, kəndin bərpası və tarixi simasının qorunması ilə bağlı son illərdə həyata keçirilən işlər ölkəmizin bu nadir abidəsini qoruyub saxlamaq və onu gələcək nəsillərə çatdırmaq istiqamətində mühüm tədbirlərdən biridir.

Şamaxı rayonu, Dəmirçi kəndi
Şamaxı rayonu, Dəmirçi kəndi