Nobel mükafatının növbəti laureatları məlum olub

03 Oktyabr, 2017 14:18 | Siyasət | Baxış sayı: 51
nobel
nobel

ABŞ-lı alimlər fizika üzrə mükafat alıb

İsveçdə 2017-ci il fizika üzrə Nobel mükafatının laureatları məlum olub.

İstiPress-in rus mətbuatına istinadən məlumatına görə, bu ödülə ABŞ-lı alimlər Rayner Vayss, Kip Torn və Barri Beriş layiq görülüb.

Bu alimlər qravitasiya dalğalarının müşahidə olunması sahəsində verdikləri töhfəyə görə Nobel mükafatı ilə təltif ediliblər.