Las-Veqas atıcısı multimilyonçu olub

03 Oktyabr, 2017 19:21 | Siyasət | Baxış sayı: 188
Stiven Peddok
Stiven Peddok

Daşınmaz əmlak sahəsində xeyli vəsait qazanıb

Las Veqasda 59 nəfəri qətlə yetirən və 500 nəfərdən çox insanı yaralayan 64 yaşlı Stiven Peddok multimilyonçu olub.

“The Washington Post” qəzeti xəbər verir ki, qatilin qardaşı Erik onun daşınmaz əmlak sahəsində xeyli vəsait qazandığını bildirib. O, Stivenin hər hansı maliyyə çətinliyi və ya psixi pozğunluğunun olması, alkoqollu içkilər və ya narkotik vasitələr qəbul etdiyi barədə məlumatsız olduğunu deyib.

Siyasətlə və dinlə heç bir əlaqəsi olmayan Las-Veqas atıcısı, həmçinin video-poker qumar oyununun aludəçisi olub.