Azərbaycanın hərbi gəmiləri İrana gedib - VİDEO

03 Oktyabr, 2017 16:10 | Siyasət | Baxış sayı: 84
G-122 və G-124 gözətçi gəmiləri
G-122 və G-124 gözətçi gəmiləri

Hərbi Dəniz Qüvvələrinin G-122 və G-124 gözətçi gəmiləri İrana yola düşdü

Azərbaycan və İran hökumətləri arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən oktyabrın 3-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin G-122 və G-124 gözətçi gəmiləri İrana dostluq səfərinə gedib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən İstiPress-ə verilən məlumata görə, oktyabrın 7-dək davam edəcək səfər çərçivəsində Azərbaycanın hərbi dənizçiləri İranın Xəzər dənizindəki hərbi dəniz komandanlığı ilə görüşü, Ənzəli şəhərindəki dəniz bazasına ziyarəti və bir sıra digər tədbirlərdə iştirakı nəzərdə tutulub.