Döyüş alnına yazılan reportyor

03 Sentyabr, 2020 12:49 | Siyasət | Baxış sayı: 238
Vahid Mustafayev
Vahid Mustafayev

Vahid Mustafayev üçün ad günü diləkləri

Sentyabrın 4-də Azərbaycanın ən hərbçi telejurnalistinin ad günüdür.

Məmurlar tərəfindən bağlanmış ən populyar telekanal ANS-in auditoriyası Vahid Mustafayevin hərbi reportajları ilə yaxından tanışdır. Söhbət məhz ondan gedir. O, Dağlıq Qarabağın ən qaynar nöqtələrində olub. Əfqanıstandan, Çeçenistanda, Liviyadan, Misirdən, həmçinin atəş və ölüm tüğyan edən çox sayda başqa ölkələrdən reportajlar edib.

O, savaş bölgələrinə gedəndə özü ilə iki şey - telekamera və zirehli gödəkcə götürürdü. Jurnalistlər onunla birlikdə getmək istəyəndə isə, o deyirdi, bu, təlim auditoriyası deyil.

Vahid hər şeyi özü edir - özü operator kimi çəkir, özü mətn yazır və öz reportajlarını özü montaj edir. Şəksiz istedadlı adamdır. Yada salaq ki, onun öz ssenarisi əsasında çəkilmiş “Xoca” və “Qanlı Yanvar” filmləri çox böyük maraq doğurub. Filmin göstərilməsindən sonra izləyiciləri Moskvada, Londonda, Ankarada, İstanbulda və başqa şəhərlərdə onu ayaqüstə alqışlayaraq minnətdarlıq ediblər. Bakıda işıqlar yandıqdan sonra izləycilər yalnız alqışlamaqla qalmadılar, həm də qışqırdılar: “Bravo Vahid”, “Sağ ol, Mustafayev”. ANS-in bağlanmasına baxmayaraq, Mustafayev yenə də çox məşğuldur. O yenə də filmlər çəkir. Elə bu günlərdə böyük qardaşı, Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyan radionun işini internetdə bərpa edib.

Sentyabrın 4-də Vahidin cəmi 52 yaşı tamam olur. Biz ümid edirik, bu gənc insan bizi daha yeni filmlərlə, bəlkə də ANS TV telekanalının işinin bərpası ilə sevindirəcək. Özü də, KİV-lər yazır ki, ANS telekanalının bağlamaqda oyun qurmuş məmurları qara günlər gözləyir.

Vahid, biz sənə enerji, uğur və can sağlığı arzulayırıq! Ən başlıcası isə, əziz Vahid, qoy Yaradan həmişə səni qorusun! Sənin səmimi inandığın Müdriklik, Ədalət və Mərhəmət heç zaman səni tərk etməsin.

Hörmətlə redaksiya heyəti