Binali Yıldırım koronavirusa yoluxdu

03 Sentyabr, 2020 15:59 | Siyasət | Baxış sayı: 69
Binali Yıldırım - Türkiyənin baş naziri
Binali Yıldırım - Türkiyənin baş naziri

Türkiyənin sabiq Baş Naziri Binali Yıldırım və həyat yoldaşı Semiha Yıldırımın koronavirus test nəticələri pozitiv çıxıb.

İstiPress “Sözcü” qəzetinə istinadən xəbər verir ki, bu barədə türkiyəli siyasətçi öz "Twitter" hesabında məlumat verib.

“Bu səhər bədənimizin narahatlığı səbəbindən Semiha xanımla Ankara Şəhər Xəstəxanasına müraciət etdik. Müayinələr nəticəsində COVID-19 testimizin nəticəsi müsbət oldu”,- deyə B. Yıldırım qeyd edib.

O, müalicəni evdə davam edəcəklərini bildirib: “Vəziyyətimiz yaxşıdır, neqativ bir şey yoxdur. Həkimlərimiz prosesi evdə keçirməyimizi uyğun saydılar. Vətəndaşlarımızı TMM (təmizlik, maska, məsafə) qaydalarına riayət etməyə çağırırıq. Dua edirik, dualar gözləyirik”.