Azərbaycanda müdafiə və təhlükəsizlik xərcləri artırılır

03 Sentyabr, 2020 14:57 | Siyasət | Baxış sayı: 37
Azərbaycan ordusu döyüş zamanı
Azərbaycan ordusu döyüş zamanı

Azərbaycanda müdafiə və təhlükəsizlik sahəsinə ayrılan vəsaitin həcmi artırılır.

İstiPress-in məlumatına görə, bu barədə 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair müvafiq cədvəllərdə qeyd edilib. Qeyd edək ki, ilkin göstəricilərə dair açıqlamanı Maliyyə Nazirliyi yayıb.

Rəsmi proqnoza əsasən, 2021-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 327 milyon, xərcləri isə 25 milyard 847 milyon 500 min manat olacaq.

Müdafiə və təhlükəsizlik üzrə xərclər isə ümumi xərclərin 15,3 faizini təşkil edəcək. Bu isə təxminən 3 milyard 954 milyon manatdan çoxdur.

Xatırladaq ki, 2020-ci ilin dövlət büdcəsinə edilən dəyişikliklərdə müdafiə və təhlükəsizlik üzrə xərclər 3 milyard 804 milyon 168 min manat məbləğində müəyyən edilib.