Türkiyə yenə ABŞ-ı Rusiyanın ən güclü silahı ilə qorxutdu

03 Sentyabr, 2019 10:00 | Siyasət | Baxış sayı: 677
S-400
S-400

"Özümüz istehsal edənə qədər yenə alacağıq"

Türkiyə Rusiyadan yenə S-400 kompleksi ala bilər. Bu barədə ölkənin XİN başçısı Mövlud Çavuşoğlu bildirib. O, bidlrib ki, ölkəsi özü istehsala başlayana kimi daha çox belə sistemə ehtiyacı var. 

"Ala bilsək ABŞ-dan "Patriot" da alarıq. Yox əgər bu mümkün olmasa, yenidən S-400 alacağıq. Biz müstəqil ölkəyik".

Xatırladaq ki, Türkiyənin Rusiyanın ən güclü kompleksini alması haqqında qərarı ABŞ və NATO-nun kəskin etirazına səbəb olub. Bütün sanksiya və hədələrə baxmayaraq Türkiyə ölkənin suverenliyi üçün bu alış-verişdən əl çəkməyəcəyini elan edib.

Bu ilin yayında Rusiya S-400-ün çatdırılmasına başlanılıb. Buna cavab olaraq ABŞ Türkiyəni F-35 qırıcı proqramından uzaqlaşdırıb.