Putin ən yaxın adamını məsləhətləşmə üçün Bakıya göndərir

03 Sentyabr, 2019 11:57 | Siyasət | Baxış sayı: 1058
Nikolay Patruşev
Nikolay Patruşev

Təhlükəsizlik Şurası katibinin səfəri sabah başlayır

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 4-də Azərbaycana gələcək.  Səfərdə məqsəd Rusiya və Azərbaycan arasında təhlükəsizlik üzrə məsləhətləşmələr aparmaqdır.  

"Sentyabrın 4-də Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycana səfər edəcək. O, Bakıda Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və  bir sıra nazirlik və idarələrinin nümayəndələri ilə Rusiya-Azərbaycan təhlükəsizlik müşavirələri keçirəcək".

Xatırladaq ki, katib avqustun 12-də İrəvana işgüzar səfər edib.