Paşinyan Putini 11 milyonluq ordu ilə hədələdi

03 Sentyabr, 2019 16:32 | Siyasət | Baxış sayı: 2154
NATO gücləri
NATO gücləri

Rusiya Ermənistanın yalnız Qarabağdan çıxması ilə razılaşmayacaq

Vladimir Putinin həbsdə olan eks-prezident Robert Koçaryana təbrik məktubu göndərməsi Ermənistanda gərginlik yaradıb və baş nazir Paşinyan buna qarşı addımlar atmağa məcbur olub.

İstiPress-in məlumatına görə, özünü "Alternativ layihələr qrupu" kimi təqdim edən ekspertlər icması “tert.am”da dərc etdirdiyi şərhində Rusiya liderinin 65 yaşını həbsxanada qeyd edən Koçaryana məktubunda Cənubi Qafqazda “təhlükəsizlik və sabitlik” məsələlərinə toxunmasının boş yerdən olmadığını qeyd edib. Qrupun fikrincə, Cənubi Qafqazda balans dedikdə məhz Ermənistanın ordu təchizatında və silahlanmada Azərbaycanla balans əldə etməsi düşünülür.

Vladimir Putin və Robert Koçaryan
Vladimir Putin və Robert Koçaryan

“Biz dəqiq anlamlaıyıq ki, Cənubi Qafqazda “təhlükəsizlik və sabitliyin” pozulması bizim üçün dəhşətli itkiləor deməkdir. Ermənistan başa düşməlidir ki, biz bu cür ssenarinin baş yerməsinə imkan yarada bilmərik”,- deyə ekspert qrupu Putinin məktubunu şərh edir.

Yəni söhbət ondan gedir ki, Rusiya lideri Paşinyanı başa salmağa çalışıb ki, Ermənistanı ucuz silahla təmin etməkdən, həmçinin onun sabitliyini təmin etməkdən imtina edə bilər. Yəni Putin Paşinyandan Robert Koçaryan kimi itaətkar bir vassal olmağı tələb edir.

Təbii ki, Paşinyan fransızdilli erməni jurnalı “Nouvelle d'Arménie”yə müsahibə verməklə kürəyini erməni diasporuna söykədiyini iddia edib. Qarabağ uğrunda Azərbaycanla müharibəyə 11 milyonluq dünya erməniləri adından qatılacaqlarını iddia edən Nikol Paşiyan əslində mesajı Rusiya lideri Putinə verib. Yəni demək istəyir ki, çətin məqamda qərbdəki erməni diasporunun maraqlarına uyğun olaraq Rusiya ilə vidalaşıb NATO yolu tuta bilər.

Azərbaycan 1920-ci ilin əvvəlində - Göyçə və Zəngəzur Bakının de-fakto və de-yuro nəzarəti altında idi, Həbib bəy Səlimovun ordusu İrəvana doğru irəliləyirdi
Azərbaycan 1920-ci ilin əvvəlində - Göyçə və Zəngəzur Bakının de-fakto və de-yuro nəzarəti altında idi, Həbib bəy Səlimovun ordusu İrəvana doğru irəliləyirdi

Erməni ekspertləri qorxuya salan məhz bu məqamdır. Onların fikrincə, Rusiya belə varinatda Ermənistanın yalnız Qarabağdan çıxması ilə razılaşmayacaq - Zəngəzur, Göyçə və İrəvan kimi tarixi Azərbaycan torpaqlarının həqiqi sahibinə qaytarılmasına çalışacaq.

Hətta Paşinyana çox yaxın olan erməni KİV-ləri belə Ermənistan baş nazirini Putinlə dil tapmağa çağırıblar. Məsələn, “1in.am” portalı siyasətçi Qarnik Marqaryanın bu sözlərini dərc edib: “Rusiya güclü dövlətdir, biz çox şeydə ondan asılıyıq, ondan bütünlüklə imtina edə bilmərik. Rusiya ilə münaqişəyə getmək doğru deyil, hətta Tramp buna getmir. Nikol Paşinyan yol tapıb münasibətləri düzəltməyə çalışmalıdır”.