İlham Əliyev Nikolay Patruşevi qəbul etdi - FOTO

03 Sentyabr, 2019 19:50 | Siyasət | Baxış sayı: 598
İlham Əliyev Nikolay Patruşevin qəbul edib
İlham Əliyev Nikolay Patruşevin qəbul edib

Azərbaycan Prezidenti Rusiya Federasiyası Təhlükəsizlik Şurasının nümayəndə heyətini qəbul edib

Bu gün Prezident İlham Əliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İstiPress-in məlumatına görə, Nikolay Patruşev Rusiya Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırıb.

Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik və bütün digər sahələrdə uğurla inkişaf etdiyi qeyd edilib, iki ölkənin dövlət başçıları arasında səmimi münasibətlərin əlaqələrimizin inkişafındakı rolu vurğulanıb, Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı ekstremizmə, terrorçuluğa qarşı mübarizə ilə bağlı qanunvericilik və əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi bildirilib və bu səfərin münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş edib.

İlham Əliyev Nikolay Patruşevin qəbul edib
İlham Əliyev Nikolay Patruşevin qəbul edib
İlham Əliyev Nikolay Patruşevin qəbul edib
İlham Əliyev Nikolay Patruşevin qəbul edib