Əfv Komissiyası dəyişdi

03 Sentyabr, 2019 09:31 | Siyasət | Baxış sayı: 49
Sərəncam imzalandı
Sərəncam imzalandı

Ramil Usubovu Vilayət Eyvazov, Mədət Quliyevi isə Əli Nağıyev əvəz edəcək

Prezident yanında Əfv Məsələləri Komissiyasının tərkibi dəyişdirilib.

Bunun bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, komissiyada Ramil Usubovun yerinə Daxili İşlər naziri Vilayət Eyvazov, Mədət Quliyevin yerinə isə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev təyin edilib.