Döyüş helikopterlərini havaya qaldırdıq VİDEO

03 Sentyabr, 2019 11:51 | Siyasət | Baxış sayı: 330
Helikopter
Helikopter

Onalrın arasında Mi-35, Mi-17, “Sikorski” UH-70, CH-47 “Çinok” və s. var

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimləri bu gün də davam edib. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Təlimlərdə aviasiya qüvvələrinə məxsus Mi-35, Mi-17, “Sikorski” UH-70, CH-47 “Çinok” və ATAK/AH-1W helikopterləri iştirak edir. 

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə ölkəmizdə “TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimləri ötən gündən başlayır. 

Müdafiə Nazirliyindən verilən məlumata görə, sentyabrın 2-dən başlayacaq təlimlərdə MiQ-29, F-16, Su-25, P-235 “Kasa” təyyarələri, Mi-35, Mi-17, “Sikorski” UH-70, CH-47 “Çinok” və ATAK/AH-1W helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.

Təlimlər sentyabrın 16-dək davam edəcək.