Amerika tankları Gürcüstandadır

03 Sentyabr, 2017 13:21 | Siyasət | Baxış sayı: 232

Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb

Amerika tankları və digər zirehli maşınlar "Agile Spirit 2017" təlimlərində iştirak etmək üçün Gürcüstana gətirilib.

İstiPress xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, "M1 Abrams" və LAV zirehli transportyorları da daxil olmaqla Amerika hərbi texnikası Qara dənizdəki Poti limanına gətirilib.

Texnika dəmir yolu vasitəsilə Samtsxe-Cavaxeti regionundakı Orfolo poliqonuna aparılacaq.

"Təlimlərin keçirilməsində məqsəd NATO çevik əməliyyat qüvvələrinin tərkibində birgə əməliyyatlarda iştirak etməyə hazır olmaqdır", - deyə məlumatda bildirilir.

Təlimlər sentyabrın 11-dən 3-dək keçiriləcək.