Ermənilər Azərbaycan Müdafiə Nazirliyinin adına saxta hesab açıb

03 Avqust, 2020 15:41 | Siyasət | Baxış sayı: 50
Müdafiə Nazirliyi
Müdafiə Nazirliyi

Ermənistan tərəfindən Azərbaycan Müdafiə Nazirliyi adına saxta tvitter hesabı açılıb.

İstiPress-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Ermənistan tərəfindən Azərbaycan Müdafiə Nazirliyi adına saxta tvitter hesabı açılıb:

“Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu https://twitter.com/Mod saxta hesabın bağlanılması üçün şikayət etməyə çağırırıq. Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi "twitter" hesabı bu linkdədir: https://twitter.com/wwwmodgovaz”.