İrəvandan Qarabağa hədə-qorxu

03 Avqust, 2019 11:25 | Siyasət | Baxış sayı: 123
Xankəndində aksiya
Xankəndində aksiya

Paşinyanın hiyləgər planı

"Ermənistanın milli təhlükəsizlik idarəsi  separatçı rejim ilə İrəvan arasında əlaqələri pozmağa hesablanmış bütün cəhdlərin qarşısını almaq üçün bütün tədbirləri görəcək". Bu barədə Ermənistan Milli təhlükəsizlik şurasının rəhbəri Artur Avanetsyan bildirib.

Erməni “KQB”sinin hədə-qoxu dolu xəbərdarlığı təsadüfən səslənməyib. Avqustun 6-da işğal altında olan Qarabağda emənilər festival keçirməyi planlaşdırırlar. Bu oyunların keçirilməsi barədə təbii ki, ilk olaraq ən böyük "demokrat" Nikol Paşinyan bildirib.

Əslində çox hiyləgər plandır. Tədbirlər xaricdəki ermənilərin iştirakına hesablanıb. Ən əsası isə onların hesabına bəlkə Ermənistanın boşalan xəzinəsini də doldurmaq mümkün oldu.

Tədbirdə paşinyanın çıxışı da planlaşdırılıb. O isə kütlə qaşısında çıxışları hər şeydən çox sevir. Ancaq bir nüans var. Son zamanlar Qarabağda yaşayanlarla işğalçı ordunun nümayəndələri arasında toqquşmalar artıb. Bu separatçı rejimin rəhbərləri öz qərarlarını qəbul etməyə çalışırlar. Qarabağ klanının əsasını isə keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan təşkil edirlər. Erməni və Qarabağdan olan siyasətçilər arasındakı gərginlik isə hamıya bəllidir. 

Təhlükəsizlik xidmətinin rəhbərinin də çıxışı məhz özünəməxsus xəbərdarlıqdır - "Özünüzü sakit aparın".