Moskvada qorxu: Azərbaycanın hücum edəcəyi gün yaxınlaşır

03 Avqust, 2018 20:50 | Siyasət | Baxış sayı: 1929
Azərbaycanın çağdaş raket yaylım atəşi silahı
Azərbaycanın çağdaş raket yaylım atəşi silahı

Erməni lobbisi Rusiyanı Qarabağa qoşun yeritməyə çağırır

Moskvanın ermənipərəst dairələri Paşiyanla köhnə komandanın arasından gedən qarşıdurmalar nəticəsində Ermənistanın Qarabağ üzərində nəzarəti itirəəcyindən qorxmağa başlayıblar.

İstiPress-in məlumatına görə, “Regnum” agentliyinin şərhçisi, erməni aşiqi Stanislav Tarasov “Mnasakanyan niyə Lavrovun bəyanatı cavab vermədi” adlı məqaləsində bildirir ki, Lavrovun bu məsələ ilə bağlı bəyanatı gösətrir ki, Rusiya Ermənistanın müttəfiqi kimi hadisələrin turbulent effekti ilə davam edəəcyindən qorxur.

“Nəticə, Qarabağda və ya Ermənistan-Azərbaycan sərhədi boyunca gərginləşmə olacaq. Hələ ki, məhz Moskva Bakını “Qarabağ səhvləri” buraxmağa qoymur. Əgər Azərbaycan prezidenti İlham Əliyevin proqnozu (və ya planı) - Dağlıq Qarabağ münaqişəsini yeni şərtləri nəzərə alaraq öz ssenarisi ilə “nizamlamağa” imkan əldə  etmək üçün Ermənistanda hadisələrin daha da gərgiləşməsini gözləmək planı gerçəkləşərsə nə olacaq”- deyə  Stanistlav Tarasov həyəcanını gizlətmir.

Tarasov iddia edir ki, yaxın zamanlarda ABŞ-la İran arasında gərginliyin artması fonunda Cənubi Qafqazda Rusiya üçün çox əlverişsiz vəziyyət yarana bilər. Buna görə Tarasov Kremlə Azərbaycanın işğal edilmiş ərazilərindəki işğal recim ilə birbaşa əlaqələr qurmğa çağırır. Diplomatik dildə bu, Rusiyanın Abxaziyada, Cənubi Osetiyada və Krımda göstərdiyi fəaliyyəti təkrarlamağa, yəni Dağlıq Qarabağa Rusiya qoşunu yeritməyə çağırışdır.

Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli
Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli

Stanislav Tarasov da bir sıra erməni faşistləri kimi Qarabağı Ermənistana birləşdirməyin qeyri-mümkünlüyünü görüb onun Rusiyaya birləşdirilməsini arzulayır.  Belə təkliflə bir neçə il qabaq erməni faşist, Xocalı soyqırımının ideoloqlarından biri Zori Balayan Putinə yazdığı məşhur məktubunda çıxış etmişdi.

Təbii ki, Azərbaycan hadisələrin bu ssenari ilə dəyişməsinə qarşı preventiv addımlar atmaladır. Rusiyaya başa salmaq lazımdır ki, Moskva bu addımı atarsa, yalnız Azərbaycanla deyil, bütün türk-islam dünyası ilə, ilk növbətə dünyanın ən güclü orduları sırasında ilk onluğa girən Türkiyə və nüvə texnologiyasına sahib Pakistanla müharibə vəziyyətinə düşəcək. Qərblə düşmənçiliyin gücləndiyi bir zamanda bu, Moskva üçün intihar addımı ola bilər. Rəsmi Bakı belə ssenariyə qarşı güclü koalisiya ilə çıxmaq üçün bütün diplomatik   səylərini indidən səfərbər etməlidir.