Karantinə alınmış rayonda təcili iclas

03 İyul, 2020 14:18 | Siyasət | Baxış sayı: 293

Xaçmaz İH başçısı Elnur Rzayev yerli İƏD üzrə nümayəndələrilə növbəti videomüşavirə keçirib.

İstiPress-in şimal bürosunun məlumatına görə, müşavirənin məqsədi Koronavirus pandemiyası ilə əlaqədar rayonda mövcud vəziyyət, Operativ Qərargahın qəbul etdiyi qərarların icrası olub.

Rayon rəhbəri prezident İlham Əliyevin tapşırığına əsasən Baş nazir Əli Əsədovun sədrliyi ilə Respublika videomüşavirəsi keçirildiyini deyib.Onun sözlərinə görə, video müşavirədə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilməyən bölgələrdəki epidemioloji vəziyyət müzakirə olunub, karantin qaydalarının icra vəziyyəti qiymətləndirilib.

Elnur Rzayev icra nümayəndələrinə Koronavirus pandemiyası ilə bağlı tədbirlərin daha da gücləndirilməsi, xüsusi monitorinq qruplarının fəaliyyətinin təkmilləşdirilməsi, qoruyucu maskalardan istifadənin zəruriliyi, dəfn mərasimlərinin nəzarətdə saxlanılması, yas mərasimlərinin keçirilməsinin qadağan olunduğu barədə tapşırıqlar verib.