DTX Xarici İşlər Nazirliyində əməliyyat keçirir

03 İyul, 2020 13:16 | Siyasət | Baxış sayı: 327
DTX
DTX

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Xarici İşlər Nazirliyində (XİN) əməliyyat keçirir.

İstiPress DTX-nın saytına istinadən xəbər verir ki, XİN-in bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.