“Hamı məni tanıyır, mən Annayam - Nikolun arvadı”

03 İyul, 2019 13:19 | Siyasət | Baxış sayı: 541
Anna Akopyan
Anna Akopyan

Ermənistanın birinci xanımının yeni monoloqu

Paşinyanın arvadı bu gün ermə KİV-lərində olan problemlər barədə öz monolouqunu belə başlayıb.

Annanın fikrincə,  jurnalistlərin əsas problemlərindən biri - daima onları maliyyələşdirənlərin ağzına baxmaqdır. Akopyanın fikrincə, indi ona cəhd etmək lazımdır ki, KİV-in əsas maliyyəçisi oxucu olsun.

Yəqin unudub ki, Ermənistan sakinlərinin çoxunun yeməyə pulu çatmır. Onlar üçün qəzet 3-cü dərəcəli məsələdir.

Jurnalistləri nə barədə və necə yazmağı öyrədəndən sonra, o, etiraf edib ki, KİV-lər və dövlət maraqları arasında ciddi uçurum yaranıb. Akopyanın sözlərinə görə, əgər operativ addımlar atılmazsa, uçurum dəfələrlə artacaq.

O, həm də şikayət edib ki, jurnalistika yolunda birgə addımladığı həmkarları, demək olar ki, hər gün onun ailəsi, özü, həm də həyat yoldaşı haqqında daha çox dezinformasiya olan məlumatlar yayırlar.

Anna dəqiqləşdirməyib ki, bu, niyə baş verir? Amma onun hirsindən aydın olur ki, küçə inqilabçısının ulduzu batmağa başlayıb və bunda KİV yox, həyat yoldaşı Nikol Paşinyan günahkardır və ola bilsin ki, elə sabahdan vəzifədən gedəcək.