Sarkisyanın daha bir adamı həbsxanaya göndərildi

03 İyul, 2018 10:18 | Siyasət | Baxış sayı: 86
Qandal
Qandal

kazaryan da satqınlıq qurbanı olub

Ötən həftə Ermənistanın eks prezidenti Serj Sarkisyanın şəxsi təhlükəsizlik xidmətinin rəisi Vaçiqan Kazaryanı həbsi bəlli olub. Kazaryan keçmiş prezidentin ən yaxın adamlarından biri olub.  Keçmiş rəis əvvəlcə onun sürücüsü işləyib, sonra isə şəxsi mühafizə dəstəsinin başçısı təyin edilib.

“Jamanak” qəzeti yazır ki, Kazaryanın həbsi təsadüfi deyil. Bunda Mrqer Qriqoryanın əli var. Məhz o polisi Kazaryanla üz-üzə qoyub. Əvəvlcədən dediyimiz kimi satqınlıq, xəbərçilik bu gün Ermənsitanda çiçəklənir.

Digər erməni qəzeti “Qraparaq” iddia edir ki, indi xüsusi xidmət orqanları dövlət məmurlarına verilən əlavə ödənişlərin hesablanmasını aparır. Aylıq ödənişlər 15 min dollara çatıb. Buna isə milyonlar sərf edilib.

Bu gün polis bu pulların haradan götürüldüyünü müəyyən etməyə çalışır. Erməni mətbuatı yazır ki, Paşinyanın indiki mərhədə xüsusi diqqəti qarşıdan gələn parlament seçkisinə yönəlib. Bu seçkidən sonra isə bir zamanlar hakim partiya olan Respublikaçıların işinə baxılacaq və onlar tamamilə məhv ediləcək. 

Bundan sonra Ermənistanın 3-cü prezidenti Qarabağ quldurunun taleyi də  həll ediləcək. Bu mərhələdən sonra onun Qarabağda qanlı hadisələri törədən general Qriqoryanla (Ermənistan müdafiə nazirinin sabiq müavini, "milli qəhrəman" Manvel Qriqoryan bir müddət öncə həbs edilib. O, Xocalı soyqırımının törədilməsi, Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalı zamanı azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, kütləvi qətlə yetirilməsi, həmçinin, mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştrak edib) görüş şansı yüksəkdir.