Paşinyan Amerikadan yardım istədi

03 İyul, 2018 15:29 | Siyasət | Baxış sayı: 484
Nikol Paşinyan
Nikol Paşinyan

Konqerssdə Rrmənistana dəstək müzakirələri

Bu gün Amerikanın İrəvandakı səfiri Riçard Mills Ermənistan baş naziri Nikol Paşinyanı qəbul edib.

İstiPress-in məlumatına görə, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin “Facebook” səhifəsində bildirilib.

Riçard Mills və Nikol Paşinyan
Riçard Mills və Nikol Paşinyan

Qeyri-rəsmi mənbələr Nikol Paşinyanın ABŞ səfirliyinə yardım üçün müraciət etdiyini və bunun ABŞ Konqerssində erməni lobbisi tərəfindən Ermənistana yardım üçün aparılan müzakirələr çərçivəsində edildiyini bildirir.

ABŞ-da erməni mənbəli konqresmen Ceki Kançelyan Spir “Azadlıq” radiosuna müsahibəsində məsələnin Konqerssdə müzakirə edildiyini və Ermənistanın 100 milyon dollar yardım ala biləcəyini bildirsə də, buna nail olmağın çox çətin olduğunu vurğulayıb.

Ceki Kançelyan Spir bir qrup konqersmeni yaxın zamanlarda özü ilə Ermənistana gətirib Paşinyanla yaxından tanış edəcəyinə söz verib.