Ermənistanın daxili qoşunlarını Qarabağa toplayır

03 İyul, 2018 13:25 | Siyasət | Baxış sayı: 264
Ermənilər
Ermənilər

Onlar separatçı rejimi qorumalıdırlar

Paşinyan hökuməti Ermənistanın daxili qoşunların bölmələrini Dağlıq Qarabağa, qoşunların təmas xəttində növbə çəkməyə göndərir. Bu haqda “Qraparak” qəzeti yazıb.

Məqsəd separatçı rejimin müdafiəsidir.

Hamıya bəllidir ki, bir müddət öncə Xankəndində yerli sakinlərlə güc strukturları əməkdaşları arasında toqquşmalar baş verib. Bu toqquşmalardan sonra işğal altındakı torpaqlarda etiraz aksiyaları başlamışdı. 

Paşinyan öz qərarını daxili qoşunların Qarabağda “sərhədləri” qoruyacağı ilə əsaslandırıb. Onların İrəvanda işi yoxdur. Çünki ölkədə sülh və əminamanlıq imiş. "Qraparaq" belə yazır.

Nazirin göstərişi ilə Ermənistanın polis rəisi Valeri Osipyan daxili qoşunların rəhbəri və şəxsi heyəti ilə görüşüb. Qəzetin yazdığına görə, böyük bölüklərdən biri bu qərara etiraz edib. Səbəb aydındır. Heç kim işğal altında olan torpaqlarda əsas məqsədi torpaqları azad etmək olan Azərbaycan hərbçisinin əli ilə ölmək istəmir.