Ermənistan Moskvanı satır...

03 İyul, 2018 11:40 | Siyasət | Baxış sayı: 263
Rusiya və Ermənistan bayraqları
Rusiya və Ermənistan bayraqları

Moskvanın yerinə Brüssel keçəcək

Paşinyan artıq böyük qardaşı olan Moskvanı Brüsselə dəyişməyə praktiki olaraq hazırdır. “Jamanak” qəzeti hakimiyyətdəki mənbələrinə istinadla yazır ki, Nikol Paşinyan 11-12 iyulda Belçika apaytaxtında keçiriləcək NATO sammitində iştirak edəcək.

Nəşr qeyd edir ki, İrəvanın sammitdə iştirakı çox önəmli hadisə hesab edilir. Hakimiyyət NATO-ya çox vacib tərəfdaş kimi baxır. Rəsmi İrəvanın fikricə, KTMK artıq onları qane etmir. İlk növbədə bu hərbi təşkilatın dəfələrlə Qarabağda baş verəcək hər hansı hərbi əməliyyatlarda iştirak etməyəcəyini dediyi üçün.

Qeyd etmək lazımdır ki, ABŞ-dan Ermənistana gələnlərin sayı da son zamanlar artıb. Ümumiyyətlə Amerika səfirliyinin keçmiş sovet ölkələri arasındakı ən böyük səfirliyi də bu ölkədədir. Orada 2 minə yaxın işçi var.

Erməni ekspertlər artıq çoxdan Moskvanı Vaşinqtona dəyişməyin lazım olduğunu deyirlər. Amerika isə Ermənistanın köməyi ilə İrana hərbi təzyiqi artırmaq, eləcə də Qafqazda Rusiyanın təsirini azaltmaq üçün öz imkanlarını genişləndirməyə çalışırlar.

Ancaq Moskva bundan xəbərdardır. İrəvan bu cəhdinə görə yaxın vaxtlarda çox ağır cavab verə bilər.