Paşinyan son ümidi xüsusi təyinatlılarda görür

03 İyun, 2020 15:42 | Siyasət | Baxış sayı: 503
Ermənistan xüsusi təyinatlıları
Ermənistan xüsusi təyinatlıları

Ermənistan baş naziri Nikol Paşinyan ölkədə koronavirusun sürətlə yayılmasının gərginliyi altında kəskin ifadələr işlətməyə məjbur olub.

İstiPress-in məlumatına görə,  öz "Facebook" paylaşımlarında bankların, poçt şöbələrinin, mağazaların önünə toplaşmış insanların şəklini paylaşan Ermənmstan baş naziri əsəbi tonda soruşub: "Mən indi neyniyim, sizə qarşı xüsusi təyinatlalıra çıxarım?"        

Qeyd edək ki, Ermənistanda son sutkada daha 515 nəfərdə koronavirus aşkarlanıb, 12 nəfər ölüb. Ölkə üzrə virusa yoluxanların sayı 10 524-ə, ölənlərin sayı isə 170-ə yüksəlib. 

Ermənilər Nikol Paşinyanın koronavirusa yoluxmasına inanmır
Ermənilər Nikol Paşinyanın koronavirusa yoluxmasına inanmır

Nikol Paşinyan ölkə əhalisinə bu günkü videomüraciətində bildirib ki, "Ermənistanda koronavirusla bağlı vəziyyət fəlakət həddindədir". O, son günlər Ermənistanda koronavirusa yoluxma və pandemiyadan ölüm hallarının çoxalmasından narahatlığını vurğulayaraq deyib: “Bu fəlakətdir”. 

Rəqibləri isə onu istefaya çağırır. “Ölkədə fəlakət baş verdiyindən, vəziyyət gündən-günə ağırlaşdığından Paşinyan istefa verməlidir”, - deyə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, Vətən Partiyasının sədri Artur Vanesyan bildirib.

“Kimsə nəsə danışsa, onda həmin an o adamın kiminsə sifarişini yerinə yetirdiyini deməyə başlayırlar. Hakimiyyət dövlət büdcəsinə 43 milyard qaytarıldığını deyir. Bu məbləğ mən vəzifədə olarkən qaytarılıb. İstefa verdikdən sonra büdcəyə heç nə qaytarılmayıb. Məni işdən azad etməyiblər, istefa vermişəm”.

O, ölkədəki vəziyyətin gündən-günə ağırlaşdığını vurğulayaraq Nikol Paşinyanın istefasını tələb edib.