Xankəndidə böyük çaxnaşma başladı

03 İyun, 2018 09:27 | Siyasət | Baxış sayı: 1157
Xankəndidə gecə çaxnaşması
Xankəndidə gecə çaxnaşması

İşğal rejiminin xüsusi təyinatlıları ilə sakinlər arasında toqquşma olub

İşğal altındakı Dağlıq Qarabağda, Xankəndində işğal rejiminin xüsusi təyinatlıları ilə sakinlər arasında toqquşma başlayıb. 

İstiPress-in  "news.am"a istinadən verdiyi məlumata görə, hadisəyə səbəb iyunun 1-də saat 19:25 radələrində işğal rejimini xüsusi təyinatlıları tərəfindən iki nəfərin xüsusi qəddarlıqla döyülməsi spontan kütləvi aksiyalara səbəb olub. 

Döyülənlər xəstəxanaya yerləşdirilib. Bundan qəzəblənən ermənilər Xankəndi avtovağzalının yaxınlığındakı meydana toplaşaraq xüsusi təyinatlıların cəzalandırılmasını, işğal zonasında bu xidmətin ümumiyyətlə ləğv edilməsini tələb ediblər. Toplaşanlar yolu bağlayıblar və saatlarla nəqliyyatın hərəkətini dayandırıblar. Bildirilib ki, xüsusi təyinatlıları özbaşınalıqla, reketlə məşğuldur, işğal rejiminin cəza aparatı kimi fəaliyyət göstərirlər.

Toqquşmaya işğal rejiminin polis qüvvələri də müdaxilə edib və 15 nəfər etirazçı həbs edilib. 

Xankəndidə gecə çaxnaşması
Xankəndidə gecə çaxnaşması