Rus qırıcısı Suriyada dənizə düşdü

03 May, 2018 12:50 | Siyasət | Baxış sayı: 68
Qırıcı
Qırıcı

İki pilot ölüb

Rusiya təyyarəsi Suriyada qəzaya uğrayıb. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, "Su-30SM" qırıcı qəzası Lazakiya əyalətində, Ceble şəhərində qeydə alınıb. Rusiyanın Müdafiə Nazirliyi xəbəri təsdiqləyib.

Təyyarə Aralıq dənizinə düşüb, nəticədə göyərtədəki iki pilot ölüb. Məlumata görə, ölən pilotlardan biri Albert Davidyan ermənidir. 

İlkin ehtimala görə, qəzaya səbəb mühərrikə quşun girməsi olub. 

Suriyada Rusiya təyyarəsi son dəfə mart ayaında qəzaya uğramışdı. "An-26" təyyarəsinin qəzaya uğraması nəticəsində 33 sərnişin və 6 heyət üzvi ölmüşdü.