Müxalifət uddu, bəs sonra?

03 May, 2018 09:35 | Siyasət | Baxış sayı: 393
İrəvanda etiraz aksiyası
İrəvanda etiraz aksiyası

Qarabağ klanı məhv edildi

Bu gün səhər saatlarından başlayaraq Ermənistan küçələrində vəziyyət nisbətən sakitləşib. Barrikadalar söküləcək, nəqliyyatın işi bərpa olunacaq. Nikol Paşinyanın tapşırığına əsasən may ayının 3-dən etiraz aksiyaları dayandırılır. Hakim Respublika partiyası Paşinyan və tərəfdarlarının təzyiqi altında ağ bayraq qaldırmalı oldu. Onlar elan ediblər ki, mayın 8-də olacaq baş nazir seçkisində öz namizədini irəli sürməyəcək və Paşinyana səs verəcəklər. 

Bununla yanaşı Ermənistandan hakim partiyadan kütləvi qaçış haqqında da məlumatlar yayılıb. Ancaq adi üzvlər deyil, həm də nazir postunu tutan şəxslə də partiya sıralarını tərk etməyə başalayıblar. Bu SSRİ-nin süqutunu xatırladır. O zaman yüz minlərlə insan, o cümlədən azərbaycanlılar partiya bilətlərini atır, hətta tonqalda yandırıdılar.

Erməniləri çətin dövr gözləyir. Dövlətin problemləri ciddi fəsadlar verir. Bu barədə dövlət gəlirləri haqqında komitə məlumat verib. Bu ölkəyə ərzaq məhsulları daşıyan avtomobil karvanlarının gələ bilməməsi, gəlirlərin qəfil azalması ilə bağlıdır. Axı demək olar ki, uzun müddət işləyən yoxdur. Dövlət borcu isə rekod səviyyədir – 7 milyard dollar. Bu Sarkisyan və komandasının verdiyi “faydadır”.

Bu gün demək olar ki, Azərbaycan torpaqlarında qanlı savaş başladan Qarabağ klanı tamamilə məhv edilib.  Ancaq yeni rəhbərliyin bu problemə münasibəti necə olacaq? Bu, ölkəmiz üçün olduqca vacib amildir. Saytımız bu gün bu barədə aparıcı politoqolqların proqnozlarını öyrənməyə çalışacaq.