Azərbaycanlı xanım Rusiyada nazir oldu

03 May, 2018 16:48 | Siyasət | Baxış sayı: 415
İradə Əyyubova
İradə Əyyubova

Əslən Azərbaycandan olan İradə Əyyubova Tatarıstanın mədəniyyət naziri təyin edilib.

İstiPress-in məlumatına görə, bu barədə əmri Tatarıstan prezidenti Rüstəm Minnixanov imzalayıb.

İradə Əyyubova bu vaxta qədər Tatarıstan Arxiv İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.

Bakıda tatar ailəsində anadan olan Əyyubova 1993-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib.

Ailəlidir, bir qızı var.