Fransa İtaliya və İspaniyaya göndərilən tibbi maskalara əl qoydu

03 Aprel, 2020 17:42 | Siyasət | Baxış sayı: 160
Maska
Maska

Şirkət rəsmi internet səhifəsində açıqlama verib

İsveçdə fəaliyyət göstərən “Mölnlycke” səhiyyə şirkəti Çindən İtaliya və İspaniyaya göndərmək üçün idxal etdikləri milyonlarla maska və əlcəyin Fransa tərəfindən ələ keçirildiyini açıqlayıb.

İstiPress-in məlumatına görə, bu barədə “Mölnlycke” şirkətinin rəsmi internet səhifəsində açıqlama verilib.

“Fransa tibbi məhsulların ixracını qadağan edib və özlərinə aid olmadığı halda maskaları və əlcəkləri müsadirə edib. Bu, həddən artıq narahatedici və ikrahedici bir hərəkətdir”,- deyə şirkətin icraçı direktoru Riçard Tumi qeyd edib.

Tumi Fransanın gözlənilməz hərəkətindən sonra şirkətin növbəti dəfə Çindən idxal etdikləri tibbi məhsulları İtaliya və İspaniyaya Belçika vasitəsilə göndərəcəklərini bildirib.

Xatırladaq ki, daha əvvəl “Huffington Post” nəşrinin xəbərinə görə, Çindən İtaliyaya göndəriləcək tibbi maskalar Almaniya tərəfindən müsadirə edilmişdi.