Rus KİV-i: Paşinyan Ermənistanı Türk Birliyinə daxil edəcək

03 Aprel, 2019 19:07 | Siyasət | Baxış sayı: 1325
Türkiyə ordusu Afrinə girir - ARXİV
Türkiyə ordusu Afrinə girir - ARXİV

Putin Qarabağda müharibəni “qələbəsiz və məğlubiyyətsiz” başa çatdırmağa çalışır

Rusiyanın tanınmış ermənipərəst analitika portalı “Regnum” iddia edir ki. yaxın gələcəkdə Ermənistan da Moskva - Bakı - Ankara münasibətlər sisteminə daxil ola bilər.

İstiPress-in məlumatına görə, ermənilərə ifrat sevgi duyan şərhçi Stanislav Tarasov iddia edir ki, Rusiya lideri Vladimir Putin tərəfləri gizli şəkildə dialoqa yönəldir və onların kompromiss  əldə etməyinə  çalışır:

“Hələ ki, elə bir əminlik hiss yaranır ki, Moskva - Bakı - İrəan üçbucağında sülhün əldə edilməsi ilə bağlı “yol xəritəsi” doğulur və o, bölgədəki münaqişə tərəflərinin milli maraqlarına ən yaxşı şəkildə cavab verəcək”,- deyə Tarasov vurğulayıb. Tarasov bildirir ki, Putin bu müharibəni “nə qaliblərin, nə də məğlubların olmayacağı” şəkildə başa çatdırmağa çalışır.

Diplomatik dildən adi dilə çevrildikdə, bu, Putinin hər şeyi müharibədən əvvəlki vəziyyətə qaytmağa çalışdığı deməkdir. Yəni Dağlıq Qarabağın Azərbaycandan qoparılması Ermənistanın qələbəsi o ola bilərdi. Azərbaycanın qələbəsi isə Dağlıq Qarabağda ermənilərin özünüidarə hüququnun, yəni muxatr qurumunun ləğvi ola bilər. Belə görünür ki, Putin əvvəlki kimi Azərbaycan sərhədləri daxilində Dağlıq Qarabağ muxtariyyətinin tərəfdarıdır.

Azərbaycanın işğal edilmiş əraziləri - XƏRİTƏ
Azərbaycanın işğal edilmiş əraziləri - XƏRİTƏ

Təbii ki, Putin öz ölkəsinin də məğlubiyyətini istəmir və Rusiya da regiondakı müharibədən əvvəlki nəzarətini bərpa etməyə çalışır. Tarasovun dediyindən belə çıxır ki, Putin bunu Moskva-Bakı-Avrasiya üçbucağı vasitəsi ilə etməyə çalışır və İrəvanı da bu münasibətlər sisteminə daxil etmək niyyətindədir. Erməni KİV-ləri Moskva-Bakı-Avrasiya üçbucağını adətən türk birliyi adlandırırlar və Rusiya hakimiyyətində zaman-zaman türk xalqlarının nümayəndələrinin təmsil olunmasına işarə vururlar ki, hazırda müdafiə naziri Sergey Şoyqu Tuva türkü, Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina isə tatar türküdür. Yəni, erməni KİV-lərinin təbirincə, bu ittifaqa girmək İrəvan üçün türk birliyinə daxil olmaq kimi bir şeydir.     

Vyana görüşlərindən sonra Paşinyanın dərhal Putinə zəng vurub hesabat verməsi də belə bir variantın olması qənaətini yaradırdı. Lakin Ermənistanın keçmiş hakimiyyətinə yaxın dairələr Paşinyanı buna görə top atəşinə tutdular. Onların Paşinyanın Rusiya qarşısında Serj Sarkisyandan daha çox əyildiyini bildirdilər. Nəticə o, oldu ki, Paşinyani Putinə zəng etməsi barədə məlumat hazırlayaraq rəsmi sayta yerləşdirmiş üç məsul şəxsi işdən çıxardı. İrəvanda dərc olunan “168 jam” qəzetinin yazdığına görə, onların əsas günahı Paşinyanın Putinə Vyana görüşləri barədə “məlumat verməsini” yazmaları olub, əslində isə “müzakirə etdi” yazmalı imişlər.

Göründüyü kimi, Paşinyan Qarabağ münaqişəsini həll edərək Ermənistanı xilas etmək məsələsində ciddi problemlə üz-üzədir - erməni toplumu sülhə hazır deyil və orta əsr səlib yürüşçüləri kimi müsəlmanlardan daha çox əraziləri “azad etmək” barədə xəyallar qururlar. “Azad etmək” sözü onların təfəkküründə “soyqırım törədərək müsəlmanları yox etmək” mənasını verir ki, bu, erməni şərhçi Qalust Qriqoryanın “ArmenianReport” portalında yazdığı “Domokl qılıncı” məqaləsindən aydın görünür.  Ermənilərin bu iddialarını yox etməyin yalnız bir yolu var - müharibə.