ABŞ prezidentinin xüsusi qəbul etdiyi azərbaycanlı gənc Bakıda

03 Aprel, 2018 18:39 | Siyasət | Baxış sayı: 309
Barak Obama və Siavoş Deraxti
Barak Obama və Siavoş Deraxti

Mərkəzi İsveçin Malmö şəhərində yerləşən Dünya Azərbaycanlıları Milli  Birliyi (WANU)  və mərkəzi Almaniyanın Köln şəhərində yerləşən Dünya Azərbaycanlıları Assambleyası bu günlərdə birləşmə haqqında qərar qəbul edib.

İstiPress-in məlumatına görə, bununla əlaqədar olaraq hər iki təşkilatın rəhbərliyi Bakıda səfərdədir.

"Həm birləşmə qurultayı məsələsı ilə bağlı, həm də Azərbaycanımızın beynəlxalq nüfuzunun güclənməsi istiqamətində görəcəyimiz işlərlə əlaqədar olaraq mətbuata məlumat verməyi özümüzə borc hesab edirik. Sizləri mətbuat konfransımıza dəvət edirik",- deyə bununla bağlı yayılmış mətbuat açıqlamasında bildirilib. 

Qeyd edək ki, mətbuat konfransında dünyada fəal gənclərdən sayılan və adı dünyanın tanınmış dərgisi Forbesdə adı hallanan , Amerika Birləşmiş  Ştatlarının keçmiş  prezidenti Barak Obama ilə görüşmüş azərbaycanlı hüquq müdafiəçisi Siavoş Deraxti də iştirak edəcəkdir.

Tədbir 5 aprel 2018-ci il tarixdə saat 12-də Beynəlxalq Mətbuat Mərkəzi keçiriləcək.