Türkiyə İdlibdə Əsədin daha bir təyyarəsini vurdu

03 Mart, 2020 14:58 | Siyasət | Baxış sayı: 165

F-16 təyyarəsi tərəfindən vurulub

Türkiyə Ordusu İdlibdə Suriya rejiminə aid L-39 tipli hərbi təyyarəni məhv edib.

İstiPress-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təyyarə İdlibin Maaret ən-Numan bölgəsində vurulub.

Suriyanın rəsmi SANA agentliyi təyyarənin Türkiyə hərbi hava qüvvələrinə məxsus F-16 təyyarəsi tərəfindən vurulduğunu yazıb.

Xatırladaq ki, bundan öncə Türkiyə hərbçiləri İdlib vilayətində Suriyanın Hərbi Hava Qüvvələrinə məxsus iki “Su-24” qırıcı təyyarəsini vurmuşdu.