Suriyada daha bir Türkiyə hərbçisi həlak oldu

03 Mart, 2020 10:07 | Siyasət | Baxış sayı: 101

Suriya ordusu artilleriya atəşi açıb

Suriya ordusunun İdlibdə artilleriya atəşi nəticəsində bir Türkiyə hərbçisi həlak olub, biri isə yaralanıb.

İstiPress-in məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Bildirilir ki, Türkiyə Silahlı Qüvvələri dərhal düşmən mövqeləri müəyyən edərək cavab atəşi ilə məhv edib.