Ermənilər şokda: Moskva Türkiyəyə doğru iki dost addımı atdı

03 Mart, 2020 11:51 | Siyasət | Baxış sayı: 5713
Türkiyə ordusu Suriyada rejim güclərinə atəş açır
Türkiyə ordusu Suriyada rejim güclərinə atəş açır

"Niyə hansısa erməni iddialarına görə, Rusiya ənənəvi tərəfdaşı ilə düşmən olmalıdır?"

Türkiyə düşmənlərinin yeni türk-rus müharibəsi gözlədiyi bir zamanda Kremldən martın 5-də Türkiyə və Rusiya liderlərinin görüşəcəyinin anons edilməsi  Moskvanın yeni dost addımı kimi dəyərləndirilib. 

İstiPress-in məlumatına görə, bu xəbər prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov tərəfindən verilib.

"Peskovun sözlərinə görə, Rusiya tərəfi Suriyada Türkiyə tərəfi ilə əməkdaşlığa böyük əhəmiyyət verir. O, Moskvanın Suriya ilə bağlı Soçi razılaşmalarının həyata keçirilməsinə sadiq olduğunu da xatırladıb»,- deyə "Lenta.ru" bildirib.

Rəcəb Tayyip Erdoğan və Vladimir Putin
Rəcəb Tayyip Erdoğan və Vladimir Putin

Qeyd edək ki, Rusiyanın müxtəlif telekanllarını zəbt etmiş erməni jurnalistlər, QHT təmsilçiləri özlərini Rusiya patriotları kimi göstərərək, Türkiyə ilə müharibəyə çağırırdılar. Onlar Rusiyanın Türkiyəyə nüvə texnologiyası verməsini, «Türk axını» qaz kəməri çəkməsini, S-400 raket-zenit komplekslərini satmasını səhvə adlandırır, ümumiiyyətlə Türkiyədən ərzaq və geyim almağı, oraya turist göndərməyi qadağan etməyə çağırırdılar. İş o yerə çatmışdı ki, hətta ABŞ-la birləşib Türkiyəni iki yerə parçalmağa da çağırırdılar.

Lakin həmin verilişlərdə olan gerçək Rusiya patriotları məntiqli sual verirdilər: "Niyə hansısa erməni iddialarına görə, Rusiya ənənəvi tərəfdaşı olan, tarixin ən çətin məqamlarında ona yardım etmiş türklərlə düşmən olmalıdır?"

Moskvada Mehmet Perinceyin kitabının təqdimatı
Moskvada Mehmet Perinceyin kitabının təqdimatı

Ruslar türklərin onlar üçün etdiklərini heç də unutmurlar. Məsələn, rəsmi tarix dərslərində deyilməsə də, akademik dairələrdə Rusiyanın imperiyaya çevrilməsində I Pyotra ən böyük dəstək verən dövlətin Osmanlı olduğunu hər kəs bilir. Bu barədə Aleksey Tolstoyun "I Pyotr" kitabında geniş bəhs edilir. Osmanlı Şimal dənizində o vaxtkı Avropanın ən güclü dövləti İsveçlə müharibə aparan Rusiya üçün modern dəniz donanması qurub, həmçinin Poltava döyüşündə 80 minlik Osmanlı ordusu İsveç ordusuna qəfil hücum edərək onu darmadağın edib. Məhz Poltava döyüşündən sonra Rusiya böyük dövlətlər sırasına daxil olub.

Birinci Dünya müharibəsində məğlub olmüş Türkiyəyə də eyni köməyi Sovet Rusiyası edib. Rusiya Türkiyəyə silah göndərməklə yanaşı 360 tona yaxın qızıl yardımı da edib. Həmçinin Bakı nefti qərb dövlətləri ilə müharibə aparan Türkiyə hərbi texnikasına - avtomobillərə və aviasiyaya pulsuz verilib.

Bütün bunlar Türkiyədə və Rusiyada əksər akademik dairələrə məlumdur, Ancaq bəlkə də geniş kütlələr bundan xəbərsizdir.  Məhz bu baxımdan türkiyəli  professor Mehmet Pernicekin "Rusiya-Türkiyə diplomatiyasının gizli səhifələri" kitabının təqdimatı böyük önəm kəsb edir. «KP»nin yazdığına görə, Moskvada Asiya və Afrika İnstitutunda mühazirələr oxuyan professor Rusiya ilə Türkiyənən müharibə aparmasının yalnız düşmənlər üçün faydalı olduğunu bildirib.