Bruklin meri Xocalı soyqırımını tanıdı

03 Mart, 2020 10:25 | Siyasət | Baxış sayı: 148
1992-ci il mart ayının ilk günlərində Xocalıda rusiyalı jurnalist Viktoriya İvleyeva tərəfindən çəkilən fotoşəkil - torpaqdakı meyitlər fonunda şəhərdə talançılıqla məşğul olan erməninin maşını
1992-ci il mart ayının ilk günlərində Xocalıda rusiyalı jurnalist Viktoriya İvleyeva tərəfindən çəkilən fotoşəkil - torpaqdakı meyitlər fonunda şəhərdə talançılıqla məşğul olan erməninin maşını

Nyu-Yorkun bu rayonunun yerli hakimiyyəti rəsmi bəyannamə imzalayıb

ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunun yerli hakimiyyəti Xocalı soyqırımının tanınmasına dair rəsmi bəyannamə imzalayıb.

İstiPress-ə Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Bruklin meri Erik Adamsın imzaladığı 26 fevral 2020-ci il tarixli bəyannamə Azərbaycan-Amerika Qadınlar Assosiasiyasına təqdim edilib.

Qeyd edək ki, Xocalı soyqırımı indiyədək dünyanın 16 ölkəsi, Amerika Birləşmiş Ştatlarının 24 ştatı tərəfindən tanınıb.

Xatırladaq ki, Azərbaycan şəhəri olan Xocalının dinc sakinlərinin erməni silahlı birləşmələri tərəfindən kütləvi şəkildə qətlə yetirilməsi ən qanlı faciə kimi tarixə düşüb. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri 366-cı motoatıcı alayın ağır texnikasının və şəxsi heyətinin köməyilə Xocalı şəhərini işğal ediblər. İşğal nəticəsində qadınlar, qocalar və uşaqlar da daxil olmaqla yüzlərlə dinc sakin həlak olub.