Rusiyadan Ermənistana bayram "sürpriz"i

03 Yanvar, 2019 10:44 | Siyasət | Baxış sayı: 367
Vladimir Putin və Nikol Paşinyan
Vladimir Putin və Nikol Paşinyan

Putin Paşinyanı saymadı - qaz bahalaşdı

Bu ilin ilk ayından Ermənistan Rusiya qazı artan qiymətlə - min kubmetrinə görə 165 dollardan alacaq. Nə Paşinyanın prezident Vladimir Putinlə görüşmək üçün Moskvaya səfəri, nə onun müavinin “Qazprom” rəhbərliyi ilə danışıqları bir nəticə verdi. Danışıqlar Ermənistan tərəfi üçün fiasko ilə nəticələndi.

Erməni mətbuatı yazır ki, baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın Moskva səfərindən ancaq üzərində adı yazılan gödəkçəsi və uçuş xərcləri qaldı. 

Bəzi erməni ekspertlərin fikrincə, Kremldəki uğursuz danışıqlar göstərdi ki, Ermənistan üçün xüsusi məna kəsb edən Rusiya ilə əlaqələr Paşinyana görə nəinki soyuyub, hətta düşmənçilik həddinə belə çata bilər. Bundan başqa jurnalistlər xüsusi ilə qeyd edirlər ki, Putin həbsdə olan keçmiş prezident Robert Koçaryana Paşinyanla danışıqlardan dərhal sonra təbrik göndərib. Bu erməni nazirə özünü necə aparmaq lazım olduğuna, şəxsi kaprizlərə və özünəvurğunluğa aludə olmamaq üçün açıq-aşkar işarədir.

Ermənistan ictimaiyyəti inqilabi çevrilişdən sonra özünə gəlir. Bunu etmək lazım idi? İndi hər kəs özünə bu sualı verir.

Artıq Ermənistan üçün qalxan olan KTMT-də belə onlar yadlaşıblar. Maliyyə nazirinin bir müddət öncəki bəyanatı isə yeni il abu–havasını tamamilə korlayıb. Ölkənin dövlət borcu bu il rekord həddə - 7,5 milyard dollara çatacaq.

Jurnalistlər  Zoqrab Mnatsakanyanın son mətbuat konfransında Rusiyanın qaz üçün qoyduğu qiymət və Putinin həbsdə olan Koçaryana təbrikini necə qiymətləndirdiyini soruşublar. XİN başçısı isə bildirib ki, Rusiya ilə əlaqələr bütün səviyyələrdə mükəmməldir. Məhz bu sözlərlə də o jurnalistlərlə görüşünü başa çatdırıb.