Rusiya silahından qorxan ABŞ-dan Türkiyəyə təklif

03 Yanvar, 2019 15:19 | Siyasət | Baxış sayı: 143
"Patriot"
"Patriot"

"Patriot" təklifi Türkiyəyə təqdim edildi

ABŞ Türkiyəyə hava və raketdən müdafiə sistemləri - "Patriot" satışı üçün təklif verib. Məlumata görə, bu məqsədlə ABŞ-dan nümayəndə heyəti Ankaraya gəlib. Onlar müdafiə Sənayesi, Xarici İşlər və Milli Müdafiə nazirlikləri ilə görüşlərə başlayıblar.

ABD Dövlət Departamenti 3,5 milyard dollarlıq sistemin Türkiyəyə satışı üçün dekabr ayında razılıq vermişdi. 

Xarici işlər naziri Mövlüd Çavuşoğlu da ilin sonunda jurnalistlərə açıqlamasında ABŞ-a "Patriot" almaq niyyətlərini 1,5 il öncə çatdırdıqlarını demişdi. "Patriot" alarıq, amma "S-400"dən də imtina etmərik", deyə o bildirmişdi.  

ABŞ uzun müddətdir Türkiyənin Rusiya istehsalı olan "S-400" kompleksini almasına etiraz edir. Türkiyə Rusiya istehsalı olan "S-400" zenit-raket kompleksinin alışı barədə də razılaşma əldə edib. Razılıq NATO və ABŞ-ın bütün etirazlarına, hədələrinə rəğmən baş tutub.