Erməni komandir Kəlbəcər yolunda yaralandı

03 Yanvar, 2019 18:59 | Siyasət | Baxış sayı: 203
Göyçədə qəza - erməni hərbçi yaralanıb
Göyçədə qəza - erməni hərbçi yaralanıb

Hərbçi avtomobili ilə polis avtomobili toqquşub

Göyçə mahalında, yəni indiki Ermənistanın Geqarkunik vilayətində  baş vermiş qəzada hərbi hissə komandirinin müavini də daxil olmaqla 7 nəfər yaralanıb.

İstiPress-in "news.am"a istinadən  məlumatına görə, qəza Qaranlıq (Martuni) - Basarkeçər (Vardenis) - Kəlbəcər yolunda baş verib. “İnfiniti” markalı avtomobillə “Mercedes” avtomobilinin toqquşması nəticəsində hər iki avtomobilin sürücüsü və sərnişinləri yaralanıb.

“İnfiniti”nin sükanı arxasında 39 yaşlı İrəvan sakini, Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin komandir müavini Tatul Sarkisyan olub. “Mercedes”i isə Çarentsavan polis şöbəsinin növbətçi hissəsinin rəhbərinin köməkçisi Hunan Zöhrabyan idarə edib.